Qubada oğurluqlar edən Sumqayıt sakinləri tutuldu

Qubada oğurluqlar edən Sumqayıt sakinləri tutuldu
  17 Avqust 2021    Oxunub:947
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində ictimai iaşə obyektlərindən və evlərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin sakinləri Tural Quliyev və Rüfət Sərxanovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, T.Quliyev və R.Sərxanov Quba rayonu ərazisində müxtəlif mağazalardan, kafe-restoranlardan və evlərdən pul, danışıq kartları (kontur), müxtəlif ərzaq məhsulları, samovarlar, siqaret, məişət təmir avadanlıqları və yaddaş kartları oğurlayıblar.

Faktla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti