Azərbaycan ən çox İtaliyaya məhsul göndərib

Azərbaycan ən çox İtaliyaya məhsul göndərib
  16 Avqust 2021    Oxunub:1497
Yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a bildirilib ki, Azərbaycanın yeddi ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, İspaniya və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 4 milyard 357,7 milyon ABŞ dolları, İspaniyaya 514,4 milyon dollar, Xorvatiyaya isə 497,4 milyon dollar təşkil edib.


Azvision.az


Teqlər: Avropa  





Xəbər lenti