Kəlbəcərdə qəza: 3 nəfər xəsarət alıb

   Kəlbəcərdə qəza:    3 nəfər xəsarət alıb
  15 Avqust 2021    Oxunub:1508
Kəlbəcər ərazisində "VAZ-21021" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan 5 nəfərdən 3-ü, Məmmədov Natiq (2002-ci il təvəllüdlü), Əmraslanov Hüseyn (1999-cu il) və Hüseynov Niyaməddin ( 1997-ci il) xəsarət alıblar.
Azvision.az "Report"a istinadla bildirir ki, yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. Onların hər üçünün vəziyyəti normaldır.

Avtomobil qəzasına düşənlər Kəlbəcər ərazisində infrastruktur işləri görən şirkətlərdən birinin əməkdaşlarıdır.
Faktla bağlı araşdırmalara başlanılıb.



Teqlər: Kəlbəcər   Qəza  





Xəbər lenti