Güclü külək Xaçmazda da fəsadlar törətdi

Güclü külək Xaçmazda da fəsadlar törətdi
  18 Mart 2014    Oxunub:1080
Rayon ərazisində elektrik xətləri və xeyli sayda ağac qırılıb.

Bu gün saat 20:30-dan başlayaraq Quba, Qusar, Xaçmaz rayonlarında qasırğaya bənzər güclü külək əsməyə başlayıb.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Xaçmazda güclü külək elektrik enerjisinin verilişində problemlərin yaranmasına səbəb olub. Belə ki, elektrik xətləri qırılıb, qısaqapanmalar yaranıb.

Bundan başqa əsən külək xeyli sayda ağacın qırılması ilə nəticələnib.

Xaçmaz Regional Elektrik Mərkəzi bölgədə eletrik enerjisi ilə bağlı yaranmış problemi təsdiqləyib və hazırda fəsadların aradan qaldırılması istiqamətində iş görüldüyü bildirilib. Güclü külək nəticəsində baş vermiş fəsadlar zamanı ölkənin şimal bölgəsinə dəyən zərərin məbləği hesablanılır.


Teqlər:





Xəbər lenti