Qonşusunun pulunu mənimsəyən şəxsə cinayət işi açıldı - VİDEO

Qonşusunun pulunu mənimsəyən şəxsə cinayət işi açıldı -  VİDEO
  13 Avqust 2021    Oxunub:1991
Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilib.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Vətəndaşın ərizəsi Abşeron rayon prokurorluğu tərəfindən nəzarətə götürülməklə Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluğa müraciət edən zərərçəkmiş Əbülfət Əlizadə minnətdarlığını ifadə edib.



Azvision.az


Teqlər: Prokurorluq  





Xəbər lenti