ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışlayıb

ABŞ Azərbaycanın məişət zorakılığı ilə bağlı mövqeyini alqışlayıb
  12 Avqust 2021    Oxunub:3807
"Baş Prokurorluğun Azərbaycanda məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayırıq". Azvision.az -ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin yaydığı açıqlamada bildirilib.
Vurğulanıb ki, dünyada milyonlarla qadın məişət zorakılığının qurbanı olub: "Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbəri bizi dərindən kədərləndirir. Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacağıq".

Qeyd edək ki, Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib . Bildirilib ki, qadınlara qarşı psixi və fiziki zorakılıq sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır: "Təəssüflər olsun ki, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!"


Teqlər: Qadın-hüquqları  





Xəbər lenti