Prokurorluq Sabirabaddakı ölümlə bağlı araşdrıma aparır

Prokurorluq Sabirabaddakı ölümlə bağlı araşdrıma aparır
  12 Avqust 2021    Oxunub:919
Baş Prokurorluq Sabirabadda kanala düşən avtomobildə meyitin tapılması ilə bağlı araşdırma aparır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, avqusun 11-i saat 10 radələrində Sabirabad rayonu ərazisində su kanalında Mirzəyev Elman Nizami oğlunun avtomobildə meyitinin aşkar edilməsi faktı ilə bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

Azvision.az


Teqlər: Sabirabad  





Xəbər lenti