Şamaxıda iki nəfər torpağın altında qaldı

Şamaxıda iki nəfər torpağın altında qaldı
  18 Mart 2014    Oxunub:976
Şamaxıda iki nəfər su-kanalizasiya xəttinin çəkilişi zamanı torpağın altında qalaraq dünyasını dəyişib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində Şamaxı şəhərində qeydə alınıb. Şamaxı-Pirqulu yolunun kənarında salınan yeni yaşayış massivinə su-kanalizasiya xəttinin çəkilişini həyata keçirən təmir-tikinti şirkətinin iki işçisi bədbəxt hadisə nəticəsində ölüb.

Məlumata görə, boru xəttinin çəkilişi üçün qazılan eni 2 metr, dərinliyi 3 metr olan xəndəyin divaları qəflətən uçub və orada qaynaq işləri görən Şamaxı şəhər sakini 1970-ci il təvəllüdlü Şirəliyev Aydın Vaqif oğlu və rayonun Carhan kənd sakini 1971-ci il təvəllüdlü Söhbətov Müslüm Alı oğlu torpağın altında qalıb.

Dərhal əraziyə FHN-nin Şamaxı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Bir saat ərazində torpağın altında qalan hər iki şəxs dünyasını dəyişib. Onların cəsədləri çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti