Neft Fondundan büdcəyə transfer azalıb

Neft Fondundan büdcəyə transfer azalıb
  11 Avqust 2021    Oxunub:1867
2021-ci ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz və ya 978,3 milyon manat azalaraq 4 milyard 696,7 milyon manat icra edilib.
Azvision.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, Dövlət Neft Fondundan transfert proqnoza nisbətən 23 faiz və ya 1 milyard 403,3 milyon manat az icra edilib ki, bu da illik proqnozun 38,5 faizini təşkil edir. Cari ilin yanvar-iyun aylarında Dövlət Neft Fondundan transfert ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral, mart aylarında az, yanvar, aprel, may və iyun aylarında çox icra edilib.

Azvision.az


Teqlər: Neft-Fondu  





Xəbər lenti