İsmayıllı-Oğuz yolu ağaclardan təmizlənib - FOTO

İsmayıllı-Oğuz yolu ağaclardan təmizlənib -    FOTO
  11 Avqust 2021    Oxunub:1593
Bu gün səhər saatlarında Azərbaycanın şımal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonun ərazisindən keçən 106-111-ci km-lik hissəsində yeddi nöqtədə, Kərimli avtomobil yolunda isə bir nöqtədə ağacların və iri budaqların yolun hərəkət hissəsinə qırılaraq aşması avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azvision.az -a verilən məlumata görə, dərhal qeyd olunan ərazilərə AAYDA-nın xüsusi alətlərlə təchiz olunmuş əməkdaşları cəlb olunub.

Qısa müddət ərzində sözügedən avtomobil yollarının hərəkət hissəsi qırılmış ağac və budaqlardan təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.





Azvision.az


Teqlər: AAYDA  





Xəbər lenti