“Telegram”da yeni təhlükəli virus yayılır: Diqqətli olun!

    “Telegram”da yeni təhlükəli virus yayılır:    Diqqətli olun!
  10 Avqust 2021    Oxunub:2120
Kibertəhlükəsizlik problemlərini araşdırmaq üzrə ixtisaslaşmış “AT&T” şirkətinin açıqladığı son hesabata görə, “Telegram” messencerində çox təhlükəli “FatalRAT” virusu sürətlə yayılmağa başlayıb. Bu proqram yoluxduğu aparatın idarəsini başqalarına ötürə bilir. Nəticədə həmin şəxslər telefondakı istənilən fayla müdaxilə imkanı qazanırlar.
“FatalRAT”ın köməyilə həmçinin, smartfonu uzaqdan idarə etmək də mümkündür. Bundan sonra proqrama nəzarət edən şəxs (“haker”) istifadəçinin bank kartına qədər bütün vacib məlumatlarını asanlıqla ələ keçirə bilər.

- Virus əsasən feyk məqalə və proqramların linkləri vasitəsilə yayılır. Buna görə də əmin olmadığınız linklərə basmayın. Sizə çoxlu şübhəli linklərə basmağı təklif edən şəxsləri və kanalları tərk edin, - “AT&T”nin ekspertləri məsləhət görürlər.

Güman edilir ki, “FatalRAT” virusu yeni nəsil kiberhücumlar üçün platforma olacaq. Onun əsasında istifadəçilərin konfidensial məlumatlarını ələ keçirən xeyli başqa anoloji proqramlar da yaratmaq mümkündür.

Samir Quliyev
Azvision.az


Teqlər: Virus   Telegram   Haker  





Xəbər lenti