Şurada beynəlxalq təşkilatla görüş keçirilib

Şurada beynəlxalq təşkilatla görüş keçirilib
  17 Mart 2014    Oxunub:1063
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında İsveçrənin OİKOS təşkilatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə iştirak edən təşkilatın Direktorlar Şurasının üzvü Levan Pangani, ictimaiyyətlə əlaqələr departamentinin sədri İrina Doqraşvili və Tiblisi nümayəndəliyinin rəhbəri Ani Lomouri təmsil etdikləri təşkilatın 1987-ci ildə İsveçrədə yaradıldığını və hazırda dünyanın 21 ölkəsində 40-a qədər təmsilçiliyinin fəaliyyət göstərdiyini bildiriblər.

Şuranın fəaliyyətinin örnək bir nümunə hesab etdiklərini vurğulayan OİKOS təmsilçiləri qarşılıqlı faydalı münasibətlərin qurulmasında, o cümlədən xarici QHT-lər üçün qrant müsabiqəsində iştirakda maraqlı olduqlarını vurğulayıblar.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın fəaliyyəti haqqında danışaraq, xarici QHT-lər üçün elan edilən qrant müsabiqəsinin mövzuları, şərtləri və qaydaları haqqında məlumat verib.

Fərasət Qurbanov Şuranın beynəlxalq əlaqələrində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün xarici QHT-lərlə münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini vurğulayıb.


Teqlər:





Xəbər lenti