Xaçmaz sakini həmkəndlisini bıçaqladı

Xaçmaz sakini həmkəndlisini bıçaqladı
  07 Avqust 2021    Oxunub:1093
Avqustun 6-sı Xaçmaz rayon, Qusarçay kənd sakini Sahib Cəbrayılovun çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xaçmaz rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi Nizami Baxışov kənd ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sahib Cəbrayılova çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Nizami Baxışov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.

Azvision.az



Teqlər: Bıçaq  





Xəbər lenti