Dünyada virusa yoluxanların sayı 200 milyonu ötüb

   Dünyada virusa yoluxanların sayı 200 milyonu ötüb
  05 Avqust 2021    Oxunub:840
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 200,1 milyonu ötüb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb. Məlumata görə, dünyada 200 174 883 nəfər koronavirusa yoluxub, 4 255 892 nəfər isə bu virusun qurbanına çevrilib. Virusa yoluxmuş insanların sayı gün ərzində 658 630, ölənlərin sayı isə 10 215 nəfər artıb.

ÜST-ün statistikasına əsasən, təsdiqlənmiş yoluxma hallarının çoxu ABŞ-da qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti