"Azərbaycandan hər gün bizimlə əlaqə saxlayırlar" - Çavuşoğlu

"Azərbaycandan hər gün bizimlə əlaqə saxlayırlar" -    Çavuşoğlu
  05 Avqust 2021    Oxunub:1119
"Azərbaycanın Türkiyəyə göndərdiyi yanğınsöndürən təyyarə 10 heyətlə birgə Dalaman hava limanına eniş edib".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadakı yanğınlarla əlaqədar danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyədə yanğınların söndürülməsinə dəstək məqsədilə Azərbaycan, həmçinin Gürcüstan vasitəsilə 50 yanğınsöndürən avtomobil və 150 heyət göndərib.

"Bu gün qardaşım Ceyhun Bayramovla (Azərbaycanın XİN rəhbəri) danışdıq. Demək olar ki, hər gün bizimlə əlaqə saxlayıb, maraqlanırlar", - Çavuşoğlu vurğulayıb.

Azvision.az



Teqlər: Türkiyə   Yanğın  





Xəbər lenti