UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyunu başlayıb

UEFA Konfrans Liqası: AEL - "Qarabağ" oyunu başlayıb
  05 Avqust 2021    Oxunub:1479
Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununa çıxıb. Klub üçüncü təsnifat mərhələsinin ilk görüşündə Kiprdə AEL-in qonağıdır.
Azvision.az xəbər verir ki, Larnaka şəhərindəki “AEK Arena”da keçirilən görüşü İsveçdən olan FIFA referisi Qlenn Nyuberq idarə edir.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

AEL heyətində meydana Vozinya, Andrey Teişeyra, Bruno Santos,Kire Ristevski, Robert Mazan, Slobodan Medoyeviç, Davor Zdravkovski, Sito Riera, Stefan Scepoviç, Manuel Torres və Euller çıxıblar.

“Qarabağ” klubu əvvəlki mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırıb. AEL isə Albaniyanın “Vlajniya” klubundan üstün olub.

Qeyd edək ki, “Qarabağ” mərhələni keçsə, pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Azvision.az



Teqlər: Qarabağ   UEFA  





Xəbər lenti