İranın yeni prezidenti and içib

İranın yeni prezidenti and içib
  05 Avqust 2021    Oxunub:1110
İranın yeni prezidenti İbrahim Rəisi parlamentdə and içib. Azvision.az xəbər verir ki, yerli vaxtla 17:00-da başlanan andiçmə mərasiminə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10 ölkə prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri qatılıb.
Azərbaycan parlamentinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti də İran prezidentinin inauqurasiya mərasimində iştirak edib.

Qeyd edək ki, iyunun 18-də İranda 13-cü prezident seçkiləri keçirilib. Rəisi 17,9 milyon (61,9%) səslə prezident seçkilərində qalib elan olunub.

Azvision.az



Teqlər: İran   Andiçmə  





Xəbər lenti