Turistləri xilas etmək istəyən helikopter qəzaya düşdü

 Turistləri xilas etmək istəyən helikopter qəzaya düşdü
  05 Avqust 2021    Oxunub:1310
Rusiyalı turistləri xilas etmək üçün yola düşən Tacikistan sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb. Məlumata görə, hadisə nəticəsində pilot ölüb, 4 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, Tacikistanın Dağlıq Bədəxşan muxtar vilayətinin Poymazor Vanç rayonunda buzlaqa qalxdıqdan sonra Moskvadan olan 7 turistlə əlaqə kəsilib.

Altı min metrdən çox yüksəklikdə olan turistlərdən biri 28 iyul tarixində uçqun altında qalıb, digərləri ilə əlaqə kəsilib. Helikopter buzlaqa enərkən qəzaya uğrayıb.

Xilasedicilər hazırda yaralılara kömək etmək üçün yola çıxıblar. Eyni zamanda itkin düşən rus turistlərin axtarışı da davam edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Tacikistan   Helikopter   Qəza  





Xəbər lenti