“Şaurma” və “KFC” cərimələndi

“Şaurma”  və “KFC” cərimələndi
  05 Avqust 2021    Oxunub:1071
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 417 ictimai iaşə obyektində 710 monitorinq keçirib.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, monitorinqlər zamanı 13 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nəsimi rayonu, Kiçik Qala 66 ünvanında yerləşən, hüquqi şəxs “Bürc” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bürc Qala” restoranı;

2. Bakı şəhəri, Sabunçu rayonu, Ruhulla Axundov 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus kafe;

3. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Seyidli Xəyyam Məmmədəli oğluna məxsus “Şaurma” kafesi;

4. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəs., Mərdəkan dairəsində yerləşən, fiziki şəxs Xuduyev Nicat Etibar oğluna məxsus kafe;

5. Bakı şəhəri, Nəsimi ‎rayonu, D.Əliyeva 251 ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlqar Sərvər oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nəsimi ‎rayonu, Nizami 73 ünvanında yerləşən, fiziki şəxs Novzruzov Zaur Gülqardaş oğluna məxsus kafe;

7. Bakı şəhəri, Nəsimi ‎rayonu, Rza 16 ünvanında yerləşən, fiziki şəxs Mehdiyeva Çinarə Aydın qızına məxsus kafe;

8. Bakı şəhəri, Nərimanov ‎rayonu, Xoyski 113 ünvanında yerləşən, fiziki şəxs Əliyev Azin Arif oğluna məxsus “Narzan” kafesi;

9. Bakı şəhəri, Nərimanov ‎rayonu, Xoyski 113 ünvanında yerləşən, fiziki şəxs Quliyev Coşqun Elşən oğluna məxsus kafe;

10. Bakı şəhər,Yasamal rayonu, Naxçıvani 1 ünvanında yerləşən, hüquqi şəxs "GFC" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “KFC” restoranı;

11. Göyçay rayonu, Şirvanməcid küçəsində yerləşən, fiziki şəxs Veysəlov Emil Vahid oğluna məxsus kafe;

12. Gəncə şəhəri, Nərimanov 33, m 3 ünvanında yerləşən, fiziki şəxs Xoyluyev Mustafa Rantiq oğluna məxsus “Mustafa” kafesi;

13. Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən, fiziki şəxs Əliyeva Samirə Rizvan qızına məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti