Ukraynada erməni əsilli qadın nazir müavini təyin edildi - FOTO

   Ukraynada erməni əsilli qadın nazir müavini təyin edildi -    FOTO
  05 Avqust 2021    Oxunub:1282
Ukrayna Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Azvision.az xəbər verir ki, Meri Akopyan nazirin müavini təyin edilib. Qərar Ukrayna hökumətinin iclasında qəbul edilib.
M. Akopyan bundan əvvəl Ukrayna Daxili İşlər Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin direktoru olub. Qeyd edək ki, Ukraynanın əvvəlki Daxili İşlər naziri erməni əsilli Arsen Avakovun yaxın adamı hesab olunur. Arsen Avakov Ukrayna Prezidenti Volodimir Zelenskinin istəyi əsasında istefa verib.



37 yaşlı Akopyan Şərq Filologiyası fakültəsində təhsil alıb. Krım dövlət televiziya və radio şirkətində erməni dilində “Barev” proqramının aparıcısı olub. 2012 -ci ildən "Erməni Bülleteni" jurnalının redaksiya heyətinin üzvü, 2010-2012-ci illərdə “Krım-Erməni Cəmiyyətinin” sədr müavini, həmçinin Krım Nazirlər Şurası yanında ictimai şuranın üzvü olub.



İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ukrayna  





Xəbər lenti