Türkiyədə yanğınsöndürən maşın aşdı- Yaralananlar var

Türkiyədə yanğınsöndürən maşın aşdı-    Yaralananlar var
  05 Avqust 2021    Oxunub:999
Muğlanın Marmaris rayonunda yanğınsöndürən maşın aşıb. Hadisə nəticəsində 4 nəfər yaralanıb.
Azvision.az "CNNTürk"ə istinadən xəbər verir ki, Manisadan Marmarisə gələn və Turunç məhəlləsindəki yanğına müdaxilə edən qrupun su maşını aşıb. Qəza nəticəsində zərər görən 4 nəfər Marmaris Dövlət Xəstəxanasına aparılıb. Onlardan ikisinə ilkin tibbi yardım göstərildikdən sonra evə göndərilib, digər iki nəfər isə müşahidə altına alınıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Türkiyə   yanğın  





Xəbər lenti