Azərbaycan nümayəndə heyəti İrana gedib

Azərbaycan nümayəndə heyəti İrana gedib
  05 Avqust 2021    Oxunub:869
Azərbaycandan yüksək səviyyəli nümayəndə heyəti İranın yeni seçilən Prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Tvitter hesabında bildirib.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisinin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavinləri daxildir.

"Qonşuların dostluq və qardaşlıq münasibətləri daimidir", - səfir qeyd edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Azərbaycan  





Xəbər lenti