Azərbaycan sülhməramlıları Əfqanıstanda qalacaq?- Səfir açıqladı

 Azərbaycan sülhməramlıları Əfqanıstanda qalacaq?-    Səfir açıqladı
  05 Avqust 2021    Oxunub:848
Azərbaycanlı sülhməramlıların Əfqanıstanda fəaliyyətini davam etdirməsi ilə bağlı məsələ hələ müzakirə olunmalıdır.

Bunu Azvision.az -a müsahibəsində Əfqanıstanın Azərbaycandakı səfiri Amanulla Ceyhun bildirib.
“Bu mövzu hələ müzakirə edilməlidir. Çünki NATO qoşunları avqustun sonunadək Əfqanıstandan çıxmalıdır. Hələ bir aya yaxın vaxt var. NATO Əfqanıstanla yenidən anlaşma imzalayacaq və Türkiyə orada qalacaq. Düşünürəm ki, Türkiyə NATO ilə müqavilə imzaladıqdan sonra Azərbaycan qüvvələri istəklərinə uyğun olaraq Əfqanıstanda qala bilərlər”, - səfir deyib.

Xatırladaq ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstanda sülhməramlı missiyanı yerinə yetirir.

Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusuƏfqanıstandakı missiyada iştirak edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Sülhməramlı  





Xəbər lenti