FHN-in növbəti qrupu Türkiyəyə yola düşüb

   FHN-in növbəti qrupu Türkiyəyə yola düşüb
  05 Avqust 2021    Oxunub:1002
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.
Azvision.az -ın məlumatına görə, yardım karvanı Bakı vaxtı ilə saat 11-00 da yola çıxıb. Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 150 nəfər yanğınsöndürən daxildir.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib ki, yanğınların söndürülməsinə Azərbaycandan ümumilikdə 500 nəfərə yaxın şəxsi heyət göndərilib:

"Bundan başqa 1 ədəd helikopter də yanğın baş verən ərazilərdə fəaliyyətini davam etdirir. Həmçinin 100 yanğınsöndürən maşınlarımız orada yanğınların söndürülməsi işlərinə cəlb edilib. Əməkdaşlarımızın meşə yanğınlarının söndürülməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Orada da əməkdaşlarimız böyük ruh yüksəkliyi ilə yanğınların söndürülməsində fəal iştirak edirlər".

Qeyd edək ki, qrupa daxil olan 1 ədəd BE-200ÇS" tipli amfibiya təyyarəsi bir günlük texniki baxışdan sonra bu gün səhər saatlarında yanğın davam edən ərazilərə geri qayıdıb.

Yardım karvanının yola salınmasına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov rəhbərlik edib.

Azvision.az


Teqlər: FHN   Türkiyə  





Xəbər lenti