Ermənistanda koronavirusa yoluxanların sayı 231 mini keçib

Ermənistanda koronavirusa yoluxanların sayı 231 mini keçib
  05 Avqust 2021    Oxunub:690
Ermənistanda son sutka ərzində daha 329 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 231 322 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4632-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1124 nəfərdir.

Aktiv xəstələrin sayı 4949 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  





Xəbər lenti