Türkiyə yanğınlarının 9-cu günü: Alovlar İES-ə keçib - FOTOLAR
05 Avqust 2021
Oxunub:1628
Türkiyə 9 gündür ki, genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparır. Yerli medianın yaydığı məlumata görə, indiyə qədər yanğın baş verən 172 ərazidə uğurlu əməliyyatlar aparılaraq alovlar nəzarət altına alınıb. Hazırda 15 ərazidə yanğınsöndürmə işləri davam edir.
Dünən isə meşə yanğınları ölkə üçün daha bir ciddi təhlükə yaradıb. Muğlanın Milas rayonundakı "Kemerköy İstilik Elektrik Stansiyası"na (İES) yayılan yanğınlar ölkənin bu strateji obyektinin təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülməsinə səbəb olub.
"Kəmərköy İstilik Elektrik Stansiyası" ərazisinə keçən yanğınlar səbəbiylə bölgədə geniş təhlükəsizlik tədbirləri görülür. Təhlükəsizlik tədbirləri çərçivəsində Örən məhəlləsində İstilik Elektrik Stansiyasına gedən yolu polis və jandarma qrupları bağlayıb. Daxili İşlər Nazirliyinin verdiyi təlimata uyğun olaraq nəqliyyat vasitələri bölgəyə buraxılmır", - yerli saytlar yazıb.
Azvision.az yanğının 9-cu günündə təbii fəlakət zonasından çəkilmiş fotoları təqdim edir: