Əfqanıstanla sərhəddə hərbi təlimlər başlayıb

  05 Avqust 2021    Oxunub :432
Əfqanıstanla sərhəddə hərbi təlimlər başlayıb
Əfqanıstanla sərhəd yaxınlığındakı Harb-Maydon poliqonunda Rusiya, Tacikistan və Özbəkistan silahlı qüvvələrinin birgə təlimləri başlayıb.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadən məlumat verir.

"Rusiya, Tacikistan və Özbəkistan hərbi kontingentləri ilə birgə təlimin açılış mərasimi Xatlon bölgəsində, Tacikistanın Harb-Maydon poliqonunda baş tutdu",- açıqlamada vurğulanıb.

Rusiya tərəfindən tədbirin açılış mərasimində Mərkəzi Hərbi Dairə komandirinin müavini Yevgeni Poplavski, Tacikistanın müdafiə nazirinin müavini Abduxoşim Qulomzoda, Özbəkistan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Fərrux Ziyabayev iştirak edib.

Qeyd olunub ki, təlimin əsas məqsədi dövlətlərin silahlı qüvvələri arasında sıx qarşılıqlı əlaqəni gücləndirməkdir.

“Müasir dünyada hərbi təhdidlərin artması müşahidə olunur, vəziyyət getdikcə gərginləşir”, - Poplavski bildirib.

Avqustun 10-dək keçiriləcək birgə təlimlərdə üç ölkədən 2,5 mindən çox hərbçi və 500 -ə yaxın silah və hərbi texnika cəlb edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Hərbi-təlim  







Xəbər lenti