Ukraynanın sabiq baş naziri ölüb

Ukraynanın sabiq baş naziri ölüb
  05 Avqust 2021    Oxunub:1060
Ukraynanın dördüncü baş naziri Yevgeni Marçuk 80 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Larisa İvşina “Facebook”da bildirib.

Marçuk 1995-1996 -cı illərdə Ukraynanın baş naziri vəzifəsində çalışıb. O, həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin ilk rəhbəri olub (1991-1994). Daha sonra, Marçuk müxtəlif illərdə qurumun katibi və ölkənin müdafiə naziri vəzifələrində çalışıb.

21 noyabr 2018 -ci ildən 19 may 2019 -cu ilədək Donetsk və Luqansk bölgələrində vəziyyətin sülh yolu ilə nizamlanması üçün Ukraynanı Üçtərəfli əlaqə Qrupunda təmsil edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna  





Xəbər lenti