“Tokio-2020”: Güləşçimiz Turan Bayramov məğlub oldu

   “Tokio-2020”:    Güləşçimiz Turan Bayramov məğlub oldu
  05 Avqust 2021    Oxunub:1230
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio Olimpiadasında ikinci görüşünü keçirib.
Azvision.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dörddəbir final mərhələsində Frank Çamizoya (İtaliya) məğlub olub.

İlk görüşdə T.Bayramov Ukrayna təmsilçisi Vasil Mixaylovdan üstün olub.

Xatırladaq ki, ölkəmizin aktivinə üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti