Türkiyədə yanğınlarla bağlı daha bir nəfər tutuldu

   Türkiyədə yanğınlarla bağlı daha bir nəfər tutuldu
  04 Avqust 2021    Oxunub:1453
Türkiyədə ciddi fəsadlara yol açan meşə yanğınları davam edir. Yerli media son bir həftə ərzində ölkənin cənub və cənub-qərbində davam edən genişmiqyaslı yanğınların süni şəkildə törədilməsi ehtimalının olmasından yazır.
Azvision.az xəbər verir ki, bu gün Türkiyə mətbuatında artıq yanğın törədənlərdən birinin həbs edildiyi barədə məlumat yayılıb.

Türkiyənin yorğun qəhrəmanları- FOTOLAR
"Son xəbərə görə, yanğınlarla bağlı saxlanılmış iki şəxsdən biri artıq tutulub. Onlar Mersinin Yenişehir ərazisində yolda otlardan ibarət tonqal qalayaraq yanğın törətdiyi üçün nəzarət altına alınmışdı. Mersin prokurorluğundan verilən məlumata görə, 31 iyul tarixində Yenişehirdəki D-400 magistral yolunda yanğın törədilməsi hadisəsi ilə əlaqədar istintaq başladılıb. K.Ş. həbs edilib, B.K. isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb",-məqalədə bildirilir.

Xatırladaq ki, dünən Antalyanın Manavqat rayonunda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılmışdı. Polis tərəfindən yaxalanan şübhəli vətəndaş bölmədə dindirilib. O, yanğın törətmədiyini iddia etsə də, polisin sübutları qarşısında etiraz edə bilməyib. Törətdiyi əmələ uyğun olaraq C. Y. "qəsdən meşə yandırmaq" ittihamı ilə həbs edilib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Türkiyə   Yanğın  





Xəbər lenti