Tanışlarını öldürmək istəyənlərin işi məhkəməyə göndərildi

Tanışlarını öldürmək istəyənlərin işi məhkəməyə göndərildi
  04 Avqust 2021    Oxunub:1407
İyulun 16-da Sabirabad rayonu, Türkədi kənd sakini 1982-ci il təvəllüdlü Fuad Məmmədovun qəsdən öldürməyə cəhd edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Sabirabad rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışları Mircavid Mövsümov və Seyidəli Mövsümovun avtomobillə hərəkətdə olan zaman Fuad Məmmədova məxsus avtomobili qəsdən vurmaqla qarşısını kəsmələrinə, bundan sonra ona balta və metal boru ilə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mircavid Mövsümov və Seyidəli Mövsümova Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə cəhd) və 186.2.2 (əmlakı qəsdən məhv etmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Məhkəmə  





Xəbər lenti