Türkiyənin yorğun qəhrəmanları- FOTOLAR

   Türkiyənin yorğun qəhrəmanları-   FOTOLAR
  04 Avqust 2021    Oxunub:1840
Türkiyədə bir həftədən çoxdur davam edən dəhşətli meşə yanğınları ölkədə ciddi fəsadlar törədir. Yerli media aidiyyəti dövlət qurumları ilə yanaşı vətəndaşların da alovlarla mübarizəyə səfərbər olduğunu yazır.
Azvision.az xəbər verir ki, bu gün saytlar qəhrəman yanğınsöndürənlərin yeni görüntülərini dərc edib. Fotoları Mərmərə bələdiyyəsi yayıb.

Yanğının ortasında qalan adam: “Dərim neylon kimi qopurdu”- FOTOLAR
"Türkiyənin ciyəri ölkədə davam edən meşə yanğınları ilə bərabər yanarkən, alovlarla mübarizə aparan xüsusi qruplar gecə -gündüz iş başında olurlar. Təbii fəlakətə meydan oxuyanlar yanğınsöndürən və meşə təsərrüfatının işçiləridir. Onlar çox qısa fasilə götürür, günlərlə yuxusuz qalırlar. Buna baxmayaraq bu gün də qəhrəmanlarımız yenidən yorulmadım deyərək yanğınlarla mübarizəyə qatılıblar. Paylaşılan şəkillərdə bəzilərinin fasilə zamanı yük maşınında dincəlməyə çalışdığı, bəzilərinin isə masada, oturduğu yerdə mürgülədiyi görünür. Bu mübarizəni ürəkdən və sağlamlıqları bahasına aparanların haqları ödənilməz",-məqalədə yazılıb.

Qeyd edək ki, bu günə kimi yanğında 8 nəfər həyatını itirib, flora və faunaya ciddi ziyan dəyib. Yanğınlar hələ də 6 əyalətdə davam edir.







Tural Tağıyev
Azvision.az



Teqlər:   Türkiyə   Yanğın  





Xəbər lenti