ABŞ-da yeni seks qalmaqalı: Prezident qubernatoru istefaya çağırır

  ABŞ-da yeni seks qalmaqalı:  Prezident qubernatoru istefaya çağırır
  04 Avqust 2021    Oxunub:4961
Nyu-York qubernatoru 11 qadın əməkdaşına qarşı seksual qısnayıcı hərəkətlər edib. Bu səbəbdən Co Bayden qubernator Kuomini istefaya çağırıb.
Azvision.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden “Vəzifədən könüllü getməyəcəyi təqdirdə Kuomoya impiçment tətbiq olunmasını mümkün hesab edirmi?” sualına cavab verməyib. “Gəlin, hər şeyi pillə-pillə edək”, - o söyləyib.

Bundan əvvəl Nyu-Yorkun meri Bill de Blazio , Nümayəndələr palatasının spikeri Nensi Pelosi və demokratların Senatdakı lideri Çak Şumer da analoji bəyanatla çıxış etmişdilər.

Nyu-York ştatının prokuroru Letisiya Ceyms bir müddət əvvəl bildirmişdi ki, istintaq Kuomonun qadınlara qarşı dəfələlərlə ədəbsiz davranışa yol verdiyini və onalara qarşı seksual qısnama xarakterli hərəkətlər etdiyini müəyyənləşdirib. Onun sözlərinə görə, söhbət qubernatorun 11 qadını “arzu etmədikləri münasibətə” cəlb etməsindən – öpməsindən və qucaqlamasından gedir. “Əməkdaşlar qorxduqları üçün qısnamalar haqqında şikayət etməyiblər”, - prokuror deyib.

Kuomo ittihamları rədd edib.

Nadir Quliyev
Azvision.az



Teqlər: ABŞ   Qalmaqal   Bayden  





Xəbər lenti