“Söykənəcəyimiz dağ can Azərbaycan oldu” – Meral Akşener

   “Söykənəcəyimiz dağ can Azərbaycan oldu” –    Meral Akşener
  04 Avqust 2021    Oxunub:2452
Türkiyənin “İyi Parti” başkanı Meral Akşener Türkiyədə baş vermiş yanğınla əlaqədar Çankırı şəhərində seçicilərilə görüşüb.
O, Azərbaycanlı tələbə Elsevər Mürsəllinin sualına cavab olaraq, Azərbaycan haqqında xoş fikirlərini bildirib. İki qardaş ölkənin bütün çətinliklərdə bir-birinin yanında olduğunu vurğulayan millət vəkili 44 günlük Vətən müharibəsi zamanı bütün türk dünyasının Azərbaycanın yanında durduğunu xatırladıb.

- Bu gün çətin anımızda söykənəcəyimiz dağ da elə can Azərbaycan oldu, - deyə Akşener hər şeyə görə təşəkkürünü bildirib.




Teqlər: Türkiyə  





Xəbər lenti