Həkimlər ağciyəri məhv olan xəstəni həyata qaytardılar

  03 Avqust 2021    Oxunub :705
Həkimlər ağciyəri məhv olan xəstəni həyata qaytardılar
Rusiyada həkimlər qəhrəmanlıq göstəriblər.
Azvision.az xəbər verir ki, Krasnodar bölgəsində çalışan tibb işçiləri COVID-19 səbəbiylə ağciyərlərinin 100 faizi zədələnmiş bir xəstəni tam şəkildə sağaldıblar. Bununla bağlı qubernator Veniamin Kondratyev deyib:

"54 yaşlı Kropotkina sakini ağciyərlərin tam şəkildə sıradan çıxması diaqnozu ilə ağır vəziyyətdə iki ay reanimasiyada yatdı. Həkimlər əsl möcüzə göstərdilər. O iyunun 11-də evə yazıldı və bu gün tam şəkildə normal həyat ritmini bərpa edib".

Tural Tağıyev
Azvision.az

Teqlər:







Xəbər lenti