Eldəniz Səlimov 3 aylıq həbs edildi - YENİLƏNİB

 Eldəniz Səlimov 3 aylıq həbs edildi -  YENİLƏNİB
  03 Avqust 2021    Oxunub:1915
Binəqədi Rayon Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Azvision.az -ın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən E. Səlimov barəsində 3 ay həbs- qətimkan tədbiri seçilib.

****

Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov məhkəməyə gətirilib.

Azvision.az -ın məlumatına görə, Binəqədi Rayon Məhkəməsində Milli Məclisin deputatı Eldəniz Səlimov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılır.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Azvision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti