Ərdoğan İlham Əliyevə təşəkkür etdi

  03 Avqust 2021    Oxunub :543
   Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınları ilə mübarizədə verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirb.
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan Tvitterdə paylaşım edib.

“Meşə yanğınları ilə mübarizədə dəstəyini, keçmiş olsun diləklərini ifadə edən, başsağlığı verən, kömək göstərməyə hazır olduqlarını bildirən və yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin prosesi ən qısa zamanda keçəcəyik.

Xüsusən ilk andan etibarən göstərdikləri dəstəyə görə can Azərbaycanın Prezidentinə, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm. Güclü həmrəyliyinə görə qonşumuz İran Prezidenti Həsən Ruhani, Qətər Əmiri Şeyx Tamim, Xorvatiya Prezidenti Zoran Milanoviç və Ukrayna Prezidenti Vladimir Zelenskiyə də təşəkkürümü ifadə edirəm", - Ərdoğan vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Azərbaycan  







Xəbər lenti