Türkiyədə meşə yanğınları davam edir: İspaniya daha 2 təyyarə göndərir

  03 Avqust 2021    Oxunub :786
 Türkiyədə meşə yanğınları davam edir: İspaniya daha 2 təyyarə göndərir
Türkiyənin müxtəlif bölgələrində davam edən meşə yanğınlarının 7-ci günündə 154 yanğın ocağından 145-i nəzarət altına alınıb.

Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Aralıq və Egey dənizi bölgələrində meşə yanğınları ilə mübarizə davam edir.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin meşə təsərrüfatı şöbəsinin müdiri Bəkir Karacabəy bildirib ki, hazırda 4 rayonda 9 yanğının söndürülməsi üçün mübarizə aparılır.

Yanğınlar Muğla ərazisində bir nəfərin, Antalya bölgəsində isə yeddi nəfərin həyatına son qoyub. Ümumilikdə yanğınların söndürülməsinə 400-dən çox əsgər, 3 PUA, 4 helikopter, 2 xilasetmə gəmisi, 50-dən çox yanğınsöndürmə avtomobili və müxtəlif texnikalar cəlb edilib.

Gündoğmuş bölgəsində alov lokalllaşdırılsa da, Menteşenin Gazeller məhəlləsində yanğın başlayıb. Hazırda yanğının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınları söndürmək üçün İspaniyadan daha 2 təyyarə Türkiyəyə gəlir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   meşəyanğını  







Xəbər lenti