Ötən ay 8 nəfər mina və sursatlardan zərər çəkib

Ötən ay 8 nəfər mina və sursatlardan zərər çəkib
  03 Avqust 2021    Oxunub:926
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Azərbaycan ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.
Təşkilatdan Azvision.az –a verilən məlumata görə, rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin iyul ayında 6 hadisə nəticəsində 8 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

“İki mülki şəxs həlak olub, altı mülki şəxs isə yaralanıb. Yaralananlardan birinin xəsarəti kasetli silahdan olub. 2021-ci ilin iyul ayında minalarla bağlı hadisələr Füzuli, Göygöl, Xocalı və Cəbrayıl rayonlarının ərazisində baş verib. Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 78 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində yerləşən Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin verdiyi məlumata görə 12 iyul 2021ci il tarixdə bir nəfər Ermənistan vətəndaşı Füzuli rayonu ərazisində özlərinin basdırdığı minanın partlayışına məruz qalıb. Azərbaycan tərəfinin müvafiq strukturları lazımi yardımı göstərdikdən sonra həmin şəxs təxliyyə edilib. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar”,-məlumatda deyilir.

Azvision.az




Teqlər: Mina  





Xəbər lenti