Türkiyədə son durum: Əməliyyatlara "TOMA"lar cəlb edilib- FOTOLAR

      Türkiyədə son durum:   Əməliyyatlara "TOMA"lar cəlb edilib-   FOTOLAR
  03 Avqust 2021    Oxunub:1880
Son günlər Türkiyədə baş verən genişmiqyaslı meşə yanğınları ölkədə bir sıra faciələrə yol açıb. Bu gün artıq 145 meşə yanğınının nəzarət altına alındığı bildirilir. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, hazırda yanğınlarla mübarizəyə "Emniyyet Genel Müdürlüyü" (Baş Polis İdarəsi-red.) də aktiv şəkildə qoşulub. Qurumun balansında olan texniki vasitələr ölkənin ayrı-ayrı bölgələrində havadan və qurudan aparılan yanğınsöndürmə əməliyyatlarına dəstək olur.

Türkiyədə yanğınla bağlı son vəziyyət: İspaniyadan amfibiyalar gəlir
Artıq Türkiyə polisinə məxsus bir çox "TOMA" avtomobilləri də yanğın bölgələrinə göndərilib. Təyinatı aksiya iştirakçılarını dağıtmaq olan bu zirehli avtomobillərdən xüsusən yollara yaxın yayılmış alovlara müdaxilə üçün istifadə edilir. Polisin mitinqlərdə istifadə etdiyi "TOMA"-ların yanğınlarla mübarizədə çəkilmiş fotoları "Emniyyet Genel Müdürlüyü"nün "Twitter" səhifəsində də paylaşılıb.









Tural Tağıyev
Azvision.az



Teqlər:   Türkiyə   Yanğın  





Xəbər lenti