Erməni idmançı Tokio-2020-dən qovuldu

   Erməni idmançı Tokio-2020-dən qovuldu
  03 Avqust 2021    Oxunub:1441
Gürcüstanı təmsil edən erməni əsilli idmançı Benik Abramyan Tokio Yay Olimpiya Oyunlarından qovulub.
Azvision.az Beynəlxalq Dopinq-Test Agentliyinə (ITA) istinadən xəbər verir ki, idmançının test nəticəsi müsbət çıxıb. Onun orqanizmində dehidroxlormetil-testosteron, metandienon və tamoksifen tapılıb. Buna görə də bu gün yarışlara başlamalı olan Abramyan müvəqqəti kənarlaşdırılıb. Onun B testi vermək hüququ var.

Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti