Kiyevdə "Belarus Ev"i rəhbərinin meyidi tapılıb

  03 Avqust 2021    Oxunub :419
Kiyevdə "Belarus Ev"i rəhbərinin meyidi tapılıb
Ukraynadakı "Belarus Evi"nin rəhbəri Vitali Şişkovun meyidi tapılıb. Azvision.az ​xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb.
Ukraynadakı "Belarus Evi"nin rəhbəri Vitali Şişkovun meyidi tapılıb. Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Bildirilir ki, bir gün əvvəl yoxa çıxan Ukraynadakı "Belarus Evi" nin rəhbəri Vitali Şişovun meyidi Kiyevdəki parkda aşkarlanıb.

"Vitalinin cib telefonu və şəxsi əşyaları hadisə yerindən götürülüb. Polis qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açıb və bütün versiyalar yoxlanılacaq", - məlumatda deyilir.

Xatırladaq ki, dünən "Belarus Evi" sosial media üzərindən Vitali Şişovun itkin düşməsi ilə bağlı məlumat yaymışdı. Onun idman qaçışı üçün evdən çıxdığı və bir daha geri qayıtmadığı bildirilirdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Ukrayna   Meyid  







Xəbər lenti