Almaniyada məktəblilər də peyvənd olunacaq

  02 Avqust 2021    Oxunub :805
Almaniyada məktəblilər də peyvənd olunacaq
Almaniyada 12-17 yaş arası yeniyetmələr koronavirusa qarşı peyvənd olunacaqlar. Azvision.az xəbər verir ki, bu barədə qərar Almaniya səhiyyə rəhbərləri tərəfindən keçirilən onlayn görüşdə qəbul olunub.
“Yay boyu istəyən hər kəs peyvənd oluna bilər. Hər yaşa uyğun vaksinlərimiz var",- federal sağlamlıq naziri Yens Şpan video konfransdan sonra bildirib.

Aşağı yaş kateqoriyası üçün "BionTech / Pfizer" və "Moderna" peyvəndləri qəbul edilib. Ölkənin səhiyyə rəhbərləri inanırlar ki, yeniyetmələr peyvənd yolu ilə özlərini və başqalarını virusdan qoruya biləcəklər.

Qeyd edilir ki, son zamanlar yeni koronavirus növləri, xüsusən də "Delta" uşaqlar və gənclər arasında sürətlə yayılır. Almaniyada 12-17 yaş arası uşaq və yeniyetmələrin sayının 4,5 milyon olduğu təxmin edilir. Eyni zamanda, onlardan demək olar ki, beşdə biri artıq ilk dozanı alıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Almaniya   Peyvənd  







Xəbər lenti