Türkiyədə yanğınla bağlı son vəziyyət: İspaniyadan amfibiyalar gəlir
"Səhər saatlarında nazirlərlə birlikdə yanğınlarla bağlı araşdırma apardıq. Köyceğizdə yanğın dağlıq ərazilərdə, yaşayış məntəqələrindən uzaqda davam edir. Buradakı əhəmiyyətli və geniş yayılmış bir yanğındır.
Bu gün Milasdakı alovu söndürmək üçün qurudan və havadan ciddi müdaxilə edəcəyik".
Nazir bildirib ki, Seydikemer, Gündoğmuş və Manavqat ərazilərində yanğın davam edir. Gündoğmuşda yaşayan əhalinin təxliyə edilməsi qaçılmazdır. Tunceli Hozat rayonunda baş verən yanğın isə nəzarət altına alınıb.
Bu gün daha bir yanğın İspartanın Sütçüler məhəlləsində baş verib. Hadisə yerinə dərhal 1 təyyarə, 15 su nasosu və 200 -dən çox xilasedici göndərilib.
Yanğınların söndürülməsinə 16 təyyarə, 9 pilotsuz uçuş aparatı, 51 helikopter, 1 pilotsuz vertolyot, 850 su çiləyicisi, 150 iş texnikası və 5 mindən çox şəxsi heyət cəlb olunub.
"Təyyarələrdən 6 -sı hazırda amfibiyadır. Bu gün İspaniyadan gələcək. Yaxın saatlarda onları komandaya əlavə edəcəyik".
Şahanə Rəhimli
Azvision.az