Məsələni Azvision.az –a şərh edən politoloq Elxan Şahinoğlu deyir ki, rəsmi Bakı Moskvanı strareji tərəfdaş adlandırsa da, Azərbaycan Xarici İşlər Nazirliyinin say etibarilə ən çox nota verdiyi ölkə Rusiyadır.
“Bu günümüzün reallığıdır və Azərbaycana ünvanlanmış təxribatların əsas istiqamətini göstərir. Vladimir Jirinovski ilk dəfə deyil ki, Azərbaycana qarşı təxribatçı açıqlama verir. O Türkiyəyə qarşı da oxşar açıqlamalar səsləndirir. Halbuki, Jirinovski Türkiyə və Azərbaycanda dəfələrlə olub. RDLP lideri bir neçə il əvvəl Bakıda Prezident İlham Əliyevlə də görüşmüşdü. Görünür, bu görüşü təşkil edənlər Jirinovskinin Azərbaycana münasibətinin müsbətə doğru dəyişəcəyini gözləyirdilər. Amma anti-türk münasibəti dəyişmədi. Necə deyərlər, “qozbeli qəbir düzəldər”.
Rusiya xarici işlər nazirinin sabiq müavini: “Jirinovski siyasi fırıldaqçıdır” – EKSKLÜZİV |
“Rəsmi Bakı Qarabağdakı rusiyalı hərbçilərin 5 illik varlığını “müvəqqəti” sözüylə ifadə edir. Bu o deməkdir, 4 ildən sonra rus hərbçilərin Qarabağı tərk etməsi aktuallaşacaq. İndinin özündə bu fəaliyyət Azərbaycanda ciddi narahatlıq yaradır.
Birincisi, rusiyalı hərbçilər Qarabağdakı erməni separatçılarını tərksilah etmir və onlarla müxtəlif iqtiqamətlərdə əməkdaşlıqlarını davam etdirirlər. İkincisi, sülhməramlılar Qarabağa daha çox erməninin qayıdışını təmin etmək məqsədilə orada yaşayış yerləri və iaşə obyekləri tikirlər, Rusiyadan ev heyvanları gətirirlər və s. Əlbəttə, rəsmi Bakı Qarabağda erməni əhalisinin yaşamasının əleyhinə deyil. Ancaq əgər Qarabağ erməniləri separatçılara tabe olub bizim qanunlarla yaşamaq istəməyəcəklərsə, onların Azərbaycan torpaqlarını tərk etməsi aktuallaşacaq. Rusiya hərbçiləri isə bunun əksinə olaraq Qarabağda Azərbaycan qanunlarına tabe olmayan ermənilərin sayını artırmağa çalışırlar. Ona görə də bu məsələdə Bakı ilə Moskva arasında fikir ixtilafı getdikcə gərginləşəcək.
Bundan başqa rəsmi Bakı hələ işğal altında olan məntəqələrin geri qaytarılmasını və həmin məntəqələrə azərbaycanlıların geri qaydışını təmin etməlidir. Misal üçün, azərbaycanlıların yaşadığı Şuşanın əksər kəndi və Xocalı rayonunu bir hissəsi işğal altındadır. Bu işğala da son qoyulmalıdır.10 noyabr bəyanatına görə Rusiya hərbçiləri həmin kəndlərin, o cümlədən Xocalı rayonunu Azərbaycanın müvafiq strukturlarının nəzarətinə qaytarlmasını təmin etməlidir. Ruslar bunu təmin etməsələr, Azərbaycan ordusu müvafiq addımlar atmaq məcburiyyətində qalacaq.
Aydındır ki, Bakının bu planları Moskvanın xoşuna gəlmir. Ona görə də yenə Vladimir Jirinovskini irəli çəkib, onun təxribatçı diliylə Azərbaycanı hədələyirlər. Jirinovskinin keçmişdəki Azərbaycan əleyhinə olan təxribatçı açıqlamaları cavabsız qalıb. Bu dəfə mütləq cavab verilməliydi və bununla Jirinovskinin sahiblərinə mesaj göndərilməliydi ki, Qarabağda bizi təhdid edə bilməzsiniz və bu torpaqlarda planlaşdırdığımız çalışmaları davam edəcəyik”.
Tural Tağıyev
Azvision.az