Arşak Karapetyan vəzifəsindən azad edilib

Arşak Karapetyan vəzifəsindən azad edilib
  02 Avqust 2021    Oxunub:1117
Arşak Karapetyan Ermənistanın müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı baş nazir Nikol Paşinyan sərəncam imzalayıb.

Xatırladaq ki, Karapetyan 20 iyul tarixində müdafiə nazirinin birinci müavini təyin edilmişdi. Bundan əvvəl isə Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti