Rusiyada koronavirusdan ölənlərin sayı 160 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 160 mini ötüb
  02 Avqust 2021    Oxunub:921
Rusiyada son sutka ərzində koronavirusa 23 508 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 6 312 185 nəfərə çatıb.

Rusiyada son bir gündə 785 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 160 137 nəfərdir. İndiyədək 5 640 783 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti