Ermənistanda virusdan ölənlərin sayı 4621-ə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 4621-ə çatıb
  02 Avqust 2021    Oxunub:693
Ermənistanda son sutka ərzində daha 137 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 230 476 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4621-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1122 nəfərdir.

Aktiv xəstələrin sayı 4600 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Virus   Ermənistan  





Xəbər lenti