"Diasporanı pul qabı kimi qəbul etməyi dayandırmalıyıq" - Sarkisyan
Onun sözlərinə görə, Ermənistan dünyada tanınan diaspor nümayəndələrinin nailiyyətləri ilə fəxr etməyə alışıb, lakin onun potensialından istifadə etmir.
"Ermənistanın deyil, dünyanın ermənilərin böyük potensialından istifadə etməsi paradoksal bir vəziyyətdir. Ermənistan üçün diaspor cüzdan deyil, siyasi və milli kimliyinin ən vacib hissəsidir. Ermənilərin vətənlərinin taleyinə təsir etmək hüququ var. Ermənistan və diaspor eyni medalın iki tərəfləridir. Bu faktı artıq gözdən qaçırmaq olmaz, siyasi iradənin və lazımi hüquqi mexanizmlərin konsolidasiyasının vaxtı gəldi", - Sarkisyan bildirib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Ermənistan Diaspor