COVID-19 təbiəti də məhv edir: Ukrayna çayları dərmanlarla çirklənib

  01 Avqust 2021    Oxunub :464
COVID-19 təbiəti də məhv edir:   Ukrayna çayları dərmanlarla çirklənib
Ukraynanın su hövzələrində COVID -19-un müalicəsində istifadə olunan dərman qalıqları aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Mixail Xorev "Dom" telekanalında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əhalinin istifadə etdiyi üç əsas çaydan - Dnepr, Dnestr və Şimali Dondan bu yaxınlarda götürülmüş su nümunələrinin ilkin analizləri ürəkaçan olmayıb:

"Su nümunələri 3200 maddə üzrə sınaqdan keçirilib. Həmçinin, 64 min maddə üçün də test edilib. Nəticələrə görə, su hövzələrində ciddi çirklənmə var. Hətta dərman preparataları belə aşkarlanıb. Onlar haradan gəlib? Hamımız hansısa həbləri, iynələri və s. dərman vasitələrini istifadə edirik. Bütün bunlar isə müxtəlif vasitələrlə bədəndən xaric olur. Həmin maddələr gec ya tez su hövzələrinə düşürlər",- Xorev söyləyib.

O sularda preparatların izinin çoxalmasını koronavirus pandemiyası ilə əlaqələndirib:

-COVID-19-la bağlı istifadə olunan dərmanlar həddindən artıq çoxdur. "Covid" protokoluna daxil olan bu maddələr indi sularımızdadır. Biz həmin maddələri aşkarlayırıq. Çoxlu sayda insan müalicə olunur və hər şey də sonda su hövzələrinə atılır.

Tural Tağıyev
Azvision.az

Teqlər:







Xəbər lenti